Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:45

Çeçen fəal barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib


Oyub Titiyev
Oyub Titiyev

Çeçenistanda insan haqları fəalı Oyub Titiyev barəsində narkotik saxlama ittihamıyla 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkili Pyotr Zaikin Interfax agentliyinə deyib ki, Çeçenistanın Şali şəhərindəki məhkəmə qərarı yanvarın 11-də çıxarıb. O, qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Çeçen fəalın saxlanmasını Avropa Birliyi də pisləyib.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini Titiyev-in saxlanmasından narahatlıq bildirib, onun buraxılmasına çağırıb.

Mogherini-nin sözlərinə görə, bu iş “Rusiya Federasiyasının bu regionunda həbslərin artması, müstəqil jurnalistlərə və insan haqları fəallarına hücumlar, onların qorxudulması və gözdən salınması tendensiyasının davamıdır”.

O, Titiyev-in həbsini “özəlliklə narahatlıq doğuran” adlandırıb, “onun sələfi Natalya Estemirova-nın 2009-cu ildə öldürülməsini və indiyədək buna görə heç kimin məkkum olunmamasını” yada salıb.

Memorial-ın rəhbəri Aleksandr Cherkasov-un deməsinə görə, Titiyev “böyük həcmdə” qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur və ona 10 il həbs cəzası kəsilə bilər.

***

Rusiyanın Çeçenistan regionun hakimiyyəti saxlanmış insan haqları fəalının qohumlarına təzyiq göstərir. Bunu Moskvada mənzillənən Memorial insan haqları mərkəzi bildirir. Söhbət mərkəzin Çeçenistan filialının rəhbəri, marixuana saxlamaq şübhəsiylə həbs olunmuş 60 yaşlı Oyub Titiyev-dən gedir.

Memorial yanvarın 11-də bildirib ki, Titiyev-in Kurçaloy kəndindəki evinə polis basqın edib, onun 28 yaşlı oğlu Bekkhan və qardaşı Yakub-u axtarıb.

İnsan haqları qrupunun məlumatına görə, həmin şəxslərin evdə olmadığını anlayan polis Titiyev-in qohumlarını evdən çıxarıb, qapıları bağlayaraq açarları müsadirə edib. Polis xəbərdarlıq edib ki, Bekkhan və Yakub polisə gəlməsə, digər qohumlara “böyük problemlər” yarana bilər.

Memorial-ın aparıcı üzvü Oleg Orlov-un sözlərinə görə, “aydındır ki, Oyub-u insan haqları fəaliyyətinə görə təqib etməkdən ötrü cinayət işi uydurulub”.

Qurum bildirir ki, Rusiyanın ombudsmanı Tatyana Moskalkova, Rusiya İnsan Haqları Şurasından məsələyə müdaxilə etməsini istəyəcək.

***

Birləşmiş Ştatlar, avropalı təmsilçiləri, Rusiya və xaricdəki insan haqları fəalları Çeçenistanda aparıcı insan haqları fəalının narkotik ittihamıyla saxlanmasını pisləyir, onu dərhal azadlığa buraxmağa çağırır.

ABŞ Dövlət Departamenti yanvarın 10-da bildirib ki, Oyub Titiyev-in saxlanmasından “narahat” olub, bu həbsi “Çeçenistanda silsilə insan haqları pozuntuları barədə xəbərlərdən sonuncusu” sayır.

Moskvada mənzillənən İşgəncələrə qarşı Komitə Titiyev-in saxlanmasını “oğurlama” adlandırıb, onun Rusiya Konstitusiyasında təsbit olunmuş hüquqlarının pozulduğunu bildirib.

Titiyev Rusiyanın məşhur Memorial insan haqları qrupunun Çeçenistan ofisinin rəhbəridir. Rəsmilər polisin onun maşınında 180 qram şübhəli marixuana aşkarlandığını deyirlər. Fəalın narkotik qaçaqçılığında şübhəli sayıldığı bildirilir.

Memorial-ın sədri Aleksandr Cherkasov narkotik ittihamının inandırıcı olmadığını, həbsin daha çox fəalın insan haqları fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb.

Almaniya, Avropa Şurası, ATƏT də Titiyev-in həbsini pisləyiblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG