Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Litva da Kadyrov-u qara siyahıya saldı


Sergei Magnitsky-nin portreti anası Nataliya Magnitskaya-nın əlində, 2009-cu il
Sergei Magnitsky-nin portreti anası Nataliya Magnitskaya-nın əlində, 2009-cu il

Litva yeni Magnitsky qanununa uyğun olaraq 49 rusiyalını qara siyahıya salıb. Həmin şəxslərin insan haqlarını pozduğu, korrupsiya və çirkli pulyumayla məşğul olduğu bildirilir.

Qara siyahını Litvanın Daxili İşlər Nazirliyi yanvarın 15-də yayıb. Siyahıya Rusiyanın Çeçenistan respublikasının başçısı Ramzan Kadyrov da salınıb.

Kadyrov 2007-ci ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən Çeçenistana rəhbər təyin olunub. İnsan haqları qrupları onun regionu repressiv metodlarla idarə etdiyini, təhlükəsizlik qüvvələri üçün cəzasızlıq mühiti yaratdığını deyirlər. Onların iddiasına görə, Kadyrov adam oğurluğu, yoxaçıxmalar, işgəncə, siyasi opponentlərin qətli halları üçün məsuliyyət daşıyır.

*** Buna da bax: Kanadada parlamentinin qəbul etdiyi “Maqnitsk qanunu” qüvvəyə mindi

Litvanın qara siyahısında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin də var. O, Putin-in opponentlərinə qarşı saysız siyasi motivli işlərdə ittiham olunur. Siyahıya düşənlərin daha biri rusiyalı deputat Andrei Lugovoi-dur, 2006-cı ildə Londonda oteldə Kremlin tənqidçisi Aleksandr Litvinenko-nun zəhərlənməsində suçlanır.

ARTIQ 5 ÖLKƏDƏ BU QANUNDAN VAR

Litva sözügedən qanunu ABŞ-ın Magnitsky Aktına uyğun hazırlayıb. Magnitsky qanunları rusiyalı vəkil Sergei Magnitsky-nin şərəfinə hazırlanıb. O, 2009-cu ildə Moskvada həbsxanada dünyasını dəyişib, tərəfdarları onun işgəncəyə məruz qaldığını deyirlər.

Magnitsky 230 milyon dollarlıq vergi fırıldağının üstünü açmağa kömək edəndən sonra həbsə atılmışdı. Ölümündən sonra həmin cinayətdə təqsirli bilinib.

Litva Magnitsky qanununu qəbul edən beşinci ölkədir. Daha öncə Birləşmiş Ştatlar, Kanada, Britaniya və Estoniyada bu qanun qəbul olunub.

Litvadakı qanun Xarici İşlər Nazirliyinə insan haqları pozucularını, yaxud korrupsiya və ya çirkli pulyumayla məşğul olanları müəyyənləşdirmək səlahiyyəti verir. Daha sonra Daxili İşlər Nazirliyi bu tövsiyələrə uyğun hərəkət edərək həmin şəxslərin ölkəyə girişini beş il müddətinə qadağan edə bilər.

*** Buna da bax: “Magnitsky-nin ölümünə görə mühakimə olunsunlar”

Rusiya bu qara siyahıya, hələlik, reaksiya verməyib. Rusiyanın Vilnüsdəki səfiri Aleksandr Udaltsov daha öncə xəbərdarlıq etmişdi ki, Moskva yeni qanunla bağlı cavab tədbirləri görəcək.

Litvanın daha bir qeyri-dost hərəkətinə cavab verməli, bu ölkədən bir sıra arzuolunmaz şəxslərin Rusiyaya girişini yasaqlamalı olacağıq”, – səfir Rusiyanın “Interfax” agentliyinə demişdi.

XS
SM
MD
LG