Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:29

“Magnitsky-nin ölümünə görə mühakimə olunsunlar”


Sergei Magnitsky-nin potreti anası Nataliya Magnitskaya-nın əlində, 2009-cu il

“2009-cu il noyabrın 16-da Moskvada həbsxanada vəfat etmiş Sergei Magnitsky-nin xatirəsini hörmətlə anırıq”, – ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert noyabrın 15-də axşam verdiyi bəyanatda deyib.

2Rusiya Prezidentinin İnsan Haqları Şurası Magnitsky-nin həbsxanada bərk döyüldüyünü aşkarlayıb. Şuranın üzvləri bildiriblər ki, o, polis əməkdaşlarının işgəncəsi nəticəsində dünyasını dəyişib" - sözçü bildirib.

“Magnitsky Rusiya rəsmilərinin iştirak etdiyi böyük vergi fırıldağı mexanizmini aşkarlayıb. Rusiya hakimiyyəti onun ölümünə görə məsuliyyət daşıyanları mühakimə etməyib, əvəzində son aylar bu cinayətdən diqqəti yayındırmaq məqsədiylə konspirasiya nəzəriyyələri ortaya atır”, – Nauert söyləyib.

Sözçü deyib ki, Birləşmiş Ştatlar Magnitsky-nin həbsxanada məruz qaldığı münasibətdə günahkarların məsuliyyətə cəlb olunması səylərini dəstəkləyir.

Magnitsky həbs olunanda britaniyalı-amerikalı maliyyəçi William Browder-in işçisi olub. Üzə çıxardığı 230 milyon dollarlıq vergi ittihamı onun özünə irəli sürülüb.

Ölümündən 3 il sonra, 2012-ci ildə qüvvəyə minən ABŞ sanksiyaları Birləşmiş Ştatlarla Rusiya arasında gərginliyi artırıb. Bundan sonra Moskva rusiyalı uşaqların amerikalılara övladlığa verilməsini qadağan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG