Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 04:06

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Brüsselə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, N.Sadıkov NATO-nun Hərbi Komitəsinin «Qətiyyətli Dəstək» və «Stabilliyin layihələşdirilməsi» formatlarında təşkil ediləcək görüşlərdə iştirak edəcək.

Tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

Xatırlatma

Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb. Azərbaycan müxalifəti bunu iki səbəblə izah edir. Müxalifətin fikrincə, Azərbaycan hakimiyyəti bir tərəfdən Rusiyanı qıcıqlandırmaq istəmir. Başqa tərəfdən də islahatlardan çəkinir. Hakimiyyət rəsmiləri isə deyirlər ki, onlar balanslaşdırılmış xarici siyasət aparırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG