Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:36

Lavrov Trump-ı nüvə sazişinə zərbə vurmaqda suçlayır


Sergei Lavrov mətbuat konfransında

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ABŞ prezidenti Donald Trump-ı İranın nüvə sazişinə zərbə vurmağa çalışmaqda suçlayır. O, Trump-ın bəyanatlarının sazişin ləğvinə apara biləcəyini deyib.

Yanvarın 15-də Moskvada illik mətbuat konfransında danışan Lavrov deyib ki, Trump-ın “son bəyanatlarının məqsədi nüvə sazişini məhv etməkdir” və bu bəyanatlar “nikbinlik və sabitliyə əsas vermir”.

Təəssüf ki, amerikalı həmkarlarımız hələ də yalnız əmr və ultimatum dilində çalışmaq istəyirlər. Onlar dünya siyasətinin digər mərkəzlərinə qulaq asmaq istəmirlər və buna görə də çoxqütblü dünyanın yaranması reallığını qəbul etmək istəmirlər”, – Lavrov deyib.

İranın ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çinlə imzaladığı nüvə sazişinin məqsədi Tehranın nüvə silahları hazırlamasını önləməkdir. Əvəzində İrana beynəlxalq sanksiyalar yumşaldılıb.

Trump deyir ki, Avropa dövlətləri sazişdəki “dəhşətli qüsurları” düzəltməsə, Birləşmiş Ştatlar sazişdən çıxa bilər.

TRUMP-IN TƏLƏBLƏRİ

Trump yanvarın 12-də deyib ki, sazişə uyğun olaraq, İrana sanksiyaların ertələnməsi müddətini uzadıb, yəni sənəd indilik qüvvədə qalıb.

Amma o, sazişin 120 gün ərzində başqa bir razılaşmayla gücləndirilməsini istəyir.

*** Buna da bax: Trump İrana nüvə sazişi məsələsində 'sonuncu dəfə' güzəştə getdiyini bildirir

Tehran nüvə proqramının dinc məqsədli olduğunu deyir, 2015-ci ildə imzalanmış sənədə hər hansı düzəliş olunması fikrini rədd edir.

Digər ölkələr də ABŞ-ın mövcud sənədə əməl etməyə çağırıb.

Təkliflərə gəlincə, Trump tələb edir ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin istədiyi obyektlərə vaxtlı-vaxtında təftişinə icazə versin, həmçinin İranın nüvə proqramına məhdudiyyətlər üçün son tarix qoyan bəndlər ləğv edilsin.

Trump-ın daha bir tələbi odur ki, İranın nüvə fəaliyyəti ilə raket proqramlarının ayrılmaz olduğu sazişdə açıq bildirilsin.

ABŞ rəsmiləri İranın ballistik raket proqramının asanlıqla nüvə məqsədiylə istifadəyə çevrilə biləcəyindən şikayətlənir.

İran prezidenti Hassan Rohani-nin yanvarın 14-də deməsinə görə, Trump və administrasiyası “dəfələrlə cəhd göstərməsinə baxmayaraq, nüvə sazişinə zərbə vura bilməyib”.

Rohani nüvə sazişini “İrandan ötrü uzunmüddətli qələbə” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG