Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:11

Azərbaycanda uşaq ölümünün azaldığı deyilir


Doğum evi

Azərbaycanda körpə və uşaq ölümlərinin azaldığı bildirilir.

Bu haqda Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsində keçirdiyi müşavirədə məlumat verilib.

Nazirliyin mətbuat xidmətinin bu gün, yanvarın 15-də yaydığı məlumatında belə yazılır. Məlumata görə, müşavirə «Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı»na həsr edilib.

Səhiyyə Nazirliyi bildirir ki, tədbirin əsas məqsədi ölkədə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə endirmək və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub.

Tədbirdə bildirilib ki, keçən 25-30 il ərzində Azərbaycanda körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.

Müşavirədə həmçinin, 2017-ci il ərzində region üzrə uşaq ölümlərinin təhlilinin aparıldığı bildirilir. Ancaq müşavirədə 2017-ci il ərzində nə qədər uşaq ölümü baş verdiyi açıqlanmayıb. Bir neçə ay öncə isə 2016-cı illə bağlı belə statistika açıqlanmışdı. Həmin məlumata görə, 2016-cı ildə Azərbaycanda körpə ölümünün əmsalı (1000 doğulan uşağa nisbətdə bir yaşadək körpələrin ölüm halları sayı) 27 olub. Onda da bildirilirdi ki, bu rəqəm 1990-cı ildə qeydə alınan göstəricidən (75) təxminən 3 dəfə azdır.

Ancaq bəzi ekspertlər Azərbaycanda uşaq ölümü ilə bağlı açıqlanan rəsmi statistikaya bir qədər şübhə edirlər. Onlar deyir ki, bəzi uşaq ölümü heç statistikaya düşmür.

Günün bütün mövzuları

XS
SM
MD
LG