Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Avropa Parlamenti ilə əməkdaşlıq müzakirə olunacaq


Azerbaijan - Azerbaijan parliament, 23May2014

Milli Məclislə Avropa Parlamenti arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunacaq.

Bu Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşır Feyziyevin Fransaya səfəri zamanı olacaq..

Bu barədə parlamentin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, səfər yanvarın 15-də başlayacaq.

Deputat Strasburqda Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər çərçivəsində Avropa Parlamentinin rumıniyalı üzvü Norika Nikolayinin Azərbaycanla bağlı hazırladığı məruzə layihəsi ətrafında müzakirə aparılacaq. Həmçinin, Milli Məclislə Avropa Parlamenti arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılcaq.

Milli Məclis üzvünün 20-ə qədər görüş keçirməsi planlaşdırılır.

DeputatınFransa Senatında da görüşləri planlaşdırılır. Səfər yanvarın 21-dək davam etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG