Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyun, şənbə, Bakı vaxtı 08:16

Rusiya Krımda yeni S-400 raketləri yerləşdirib


S-400 raketləri Feodosia, Krım , 14 yanvar 2017

Rusiya Krımda yeni S-400 zenit-raket kompleksləri yerləşdirib.

Yeni dviziya Sevastopolda yerləşir.

Bu barədə yanvarın 13-də Rusiyanın informasiya agentlikləri məlumat yayıb.

Sevastopoldan olan deputat Dimitry Belik ötən çərşənbə günü Dövlət Dumasının iclasında bildirmişdi ki, yarımadada hava hücumundan müdafiə sisteminin gücləndrilməsi “Ukraynadakı raket istehsalçılarına xəbərdarlıqdır”.

Rusiya düz bir il əvvəl də Krımda-Feodosiya rayonunda S-400 raketləri yerləşdirib.

Rusiyanın həmçinin yarımadada dversiya əleyhinə hərbi təlimlər keçirdiyi bildirilir.

Ukrayna Rusiyanın Krımda hərbi iştirakının genişlənməsini təcavuz adlandırıb.

Həmçinin digər Qərb ölkələri bundan narahatlıq bildiriblər.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.

Beynəlxalq aləm bunu tanımır və yarımadanı Ukraynanın ayrılmaz tərkib hissəsi hesab edir.

ABŞ və Qərb ölkələri Krımn ilhaqı və Ukraynanın şərqindəki müharibəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Rusiya ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG