Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:27

Qar yağacağı, yolların buz bağlayacağı gözlənir


Qar (arxiv fotosu)

Yanvarın 13-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman, çiskin olacağı bildirilir. Arabir güclənən şimal-qərb küləyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Yanvarın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı vurğulanır. Dağlıq ərazilərdə qar yağacağı gözlənir.

Gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təxmin edilir .

Departamentin xəbərinə görə, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava qeyri-sabit keçəcək, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacaq.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG