Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:51

Azərbaycanda 2 min 250 məscid fəaliyyət göstərir


Bakıda məscid
Bakıda məscid

Azərbaycanda 2 min 250 məscid mövcuddur, bunlardan 136-sı Bakı şəhərində yerləşir.

«Turan» agentliyinin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

Bundan başqa, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Komitədən bildirilib ki, Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan, yəni 2009-cu ilin sentyabrından sonra 793 dini qurum qeydiyyatdan keçib.

Komitənin açıqlamasına görə, bu dini qurumların 765-i İslam, 28-i isə qeyri-islam (xristian – 17, yəhudi – 8, krişna – 1, bəhai - 2) təmayüllüdür.

Xatırlatma

Ölkədə dini icmaların təkrar qeydə alınmasına 2009-cu ildən başlanılıb. Ancaq bu illər ərzində bəzi dini icmaların müraciətlər etmələrinə baxmayaraq, qeydiyyatdan keçmədikləri bildirilir.

Həmin dini icmalar bunu ayrıseçkilik, komitə isə sənədlərin qaydada olmaması ilə izah edirlər. Qeydiyyatla bağlı şikayətlənən həm müsəlman, həm də başqa dinə mənsub icmalar var.

ABŞ Dövlət Departamentinin din azadlığı haqqında hesabatlarında da bir neçə dəfə qeydiyyat məsələsinə toxunulub. Hesabat müəlliflərinin gəldiyi nəticəyə görə, Azərbaycanda dini icmaların qeydiyyat prosesi çətindir. Bu proses xeyli mürəkkəbləşdirilib.

Ancaq komitə rəsmiləri bu fikirlə razı deyillər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG