Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:54

Bu il Trump-ın təmizə çıxacağını düşünürlər


Robert Mueller (solda) və Donald Trump
Robert Mueller (solda) və Donald Trump

Seçicilərin yarıya qədəri düşünür ki, bu il ABŞ-da xüsusi müşavir prezident Donald Trump-ın yanlışa yol vermədiyini açıqlayacaq. Bunu POLITICO saytıyla “Morning Consult” media və texnologiya şirkətinin yeni sorğusu üzə çıxarıb.

Seçicilərin 48 faizi deyir ki, Trump-ın bəraət alacağına ya çox, ya da hər halda inanırlar. 37 faizsə düşünür ki, prezidentin təmizə çıxacağı elə də real deyil, ya da heç mümkün görünmür.

Respondentlərin üçdə birindən də azının fikrincə, Demokratların impiçment çağırışlarına baxmayaraq, Trump gələn il vəzifədən gedəcək.

*** Buna da bax: Trump deyib ki, xüsusi prokurora ifadə verməli olacağını 'ehtimal etmir'

Amma bu ilin ilk sorğusu administrasiyadan ötrü heç də yaxşı xəbər deyil: seçicilərin əksəriyyəti demokratların konqresə seçkilərdə üstünlük qazanacağını, həm nümayəndələr palatası, həm də senata nəzarəti ələ alacağını deyir.

PARTİYALAR ÜZRƏ FİKİR DƏYİŞİR

Bir məsələ də var ki, Trump-la bağlı proqnozlar partiya mənsubiyyətinə görə dəyişir.

Demokratlar və respublikaçıların Trump-ın Rusiya istintaqından bəraət alacağına dair baxışları kökündən fərqlənir. Hər dörd respublikaçıdan üçü, 74 faiz deyir ki, Trump bu il həmin istintaq üzrə təmizə çıxacaq, demokratların isə yalnız 32 faizi belə düşünür”, – Morning Consult-un həmtəsisçisi Kyle Dropp deyib.

Qeyd edək ki, ABŞ-da xüsusi müşavir Robert Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə etməsinə, Rusiyayla Trump-ın seçki kampaniyasının mümkün əməkdaşlığına dair iddiaları araşdırır.

Mueller-in istintaqı sonucunda Trump-ın ailə üzvlərindən birinin “ilişəcəyi” barədə seçicilərin fikirləri təxminən yarıya bölünüb.

Hər 10 nəfərdən dördü, 41 faiz deyir ki, gələn il Trump-ın ailə üzvünə ittiham irəli sürüləcəyi realdır. 46 faizsə bunu real saymır.

Trump-ın bu il vəzifədən gedəcəyini düşünənlər cəmi 32 faizdir.

*** Buna da bax: Trump-ın keçmiş baş strateqi Breitbart-ı tərk edir

Trump-ın bu il prezident postunda qalacağına əksər seçicilər inanır, di gəl, bu ilki seçkidə demokratların da qələbə çalacağını proqnozlaşdırırlar. 45 faiz hesab edir ki, demokratların Nümayəndələr Palatasını geri alacağı mümkündür. Yalnız 38 faiz bunu elə də real saymır.

Sorğu yanvarın 4-5-də 1988 qeydiyyata alınmış seçici arasında keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG