Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:44

Trump-ın keçmiş baş strateqi Breitbart-ı tərk edir


Steve Bannon
Steve Bannon

Prezident Trump-ın keçmiş baş strateqi Steve Bannon ifrat sağ təmayüllü Breitbart” internet saytının rəhbərliyindən istefa verib.

O bu posta ötən yay Ağ Evdəki vəzifəsindən kənarlaşdırıldıqdan sonra qayıtmışdı.

Bu istefadan bir neçə gün əvvəl 64 yaşlı Bannon-un, Trump-ın vəzifəsinə uyğunluğuna, habelə oğul Trump-ın rusiyalı vəkillə görüşünə dair hay-küylü bəyanatlarına görə prezidentlə onun arasında qarşıdurma yaranmışdı.

ABŞ mediası yazır ki, özünü anti-Vaşinqton populuzminin lideri sayan Bannon-un Breitbart-ın rəhbərliyindən getməsi, Bloomberg-in bir vaxtlar “Amerikanın ən təhlükəli əməliyyatçısı” adlandırdığı bu adamın siyasət səhnəsində daha çox təcrid edilməsi ilə nəticələnəcək.

Ağ Ev rəsmiləri bildirirlər ki, Trump, Bannon-un jurnalist Michael Wolff-un “Atəş və qəzəb” kitabındakı qeydlərindən hiddətlənmişdi.

Prezident bu kitabı “saxta” adlandırmış və demişdi ki, o dəqiq olmayan və saxta informasiyalarla doludur.

Bannon yanvarın 7-də bildirmişdi ki, o “xəyanət” sözünü Trump-ın böyük oğlu ilə yox, onun keçmiş kampaniya başçısı Paul Manafortla əlaqədar işlədib.

ABŞ prezidenti Donald Trump-ın keçmiş baş strateqi keçmiş rəhbərinin qəzəbini soyutmaq üçün daha sonra özünün Trump-a dəstəyini bir daha elan etmiş və onun böyük oğlunu “həm vətənpərvər, həm də yaxşı adam” kimi tərifləmişdi.

ABŞ Senatı, Nümayəndələr Palatası və FTB Rusiyanın 2016-cı il seçkisinə mümkün müdaxiləsini araşdırır. Moskva müdaxilə barədə iddiaları təkzib edir.

XS
SM
MD
LG