Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 07:40

'AzəriLayt'ın qiyməti son 3 ildə ən yüksək həddə çatıb


Neft Daşları

Azərbaycan neftinin bir barreli son 3 ilin ən yüksək qiymətinə satılır.

AZƏRTAC-ın xəbərinə görə, «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti 1 faizədək bahalaşıb. Azərbaycan nefti 71.25 dollara satılır. Bu, son 3 il 1 aydan da artıq müddətdə qeydə alınan ən yüksək qiymət göstəricisidir.

«AzəriLayt»ın bir barreli sonuncu dəfə 2014-cü il dekabrın 4-də 72.56 dollara satılıb. Həmin gündən sonra ucuzlaşmağa başlayan Azərbaycan neftinin bir barrelinin qiyməti 2015-ci ildə 38-70 dollar arasında dəyişib.

«AzəriLayt»ın bir barreli 2016-cı il yanvarın 21-də minimuma – 28.82 dollar/barrelə enib. Daha sonra nisbətən bahalaşan Azərbaycan nefti 2016-cı ildə 28-57 dollar/barrel arasında dəyişib.

2017-ci ilin əvvəlində isə 57 dollara satılan «AzəriLayt»ın bir barreli ilin ortalarında 46 dollara geriləsə də, dekabrda 69 dollaradək bahalaşıb.

Azərbaycan neftinin bir barreli 2001-ci ilin dekabrında minimuma enərək 19.15 dollara, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149.66 dollara satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG