Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Azərbaycan Qoşulmama Hərəkatına qoşulanlara təhsil qrantı verəcək


Təhsil nazirliyi

Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində hökumətin qrantı veriləcək.

Bu gün, yanvarın 10-u Azərbaycan prezidenti Ilham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamın məqsədi Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının Azərbaycanın ali təhsil müəssisələrində təhsilinə dəstək verməkdir.

Səndə əsasən 2018-ci ildən başlayaraq Qoşulmama Hərəkatına üzv dövlətlərinin vətəndaşlarından ötrü hazırlıq kurslarında, ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis ediləcək.

Buna da bax: Mikayıl Cabbarov vergilər naziri oldu [reaksiyalar]

Təhsil qrantlarının say həddinin hər il 20 nəfər olmaqla, 5 il ərzində 100 nəfərə çatdırılması nəzərdə tutulur.

Təhsil qrantları dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana, mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edəcək.

Sərəncamın icrası Nazirlər Kabinetinə, xarici işlər, təhsil, ədliyyə, maliyyə nazirliklərinə həvalə edilib.

Prezidenti İlham Əliyev belə bir sərəncamı ötən il dekabrın 6-da İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin vətəndaşlarından da ötrü verib.

Buna da bax: Pedaqoq: 'Dərslər formal keçilir, uşaqlar oxumur...'

Xatırlatma

Qoşulmama Hərəkatını hərbi ittifaqlara qoşulmayan dövlətlər 1961-ci ildə Belqradda təsis ediblər. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir.

Son 25 il ərzində Hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub.

Bu ilin aprelində Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı Bakıda keçiriləcək.

Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Hərəkatın Sammiti də 2019-cu ildə Azərbaycanda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG