Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 08:54

Təhlükəsizlik qüvvələrinin atəş açdığı yeniyetmə ölüb


Temirlan Machalikashvili

Gürcüstanın Pankisi dərəsində hüquq-mühafizə orqanlarının antiterror əməliyyatı adlandırdığı atışmada yaralanan gürcü yeniyetmə ölüb. Pankisi Rusiyanın cənubunda yerləşən Çeçenistan respublikasıyla həmsərhəddir.

Həkimlər iki həftədir komada olan 19 yaşlı Temirlan Machalikashvili-nin yanvarın 10-da xəstəxanada dünyasını dəyişdiyini bildirir.

Machalikashvili-ni gürcü təhlükəsizlik qüvvələri dekabrın 26-da keçirdikləri əməliyyatda güllələyib. Həmin əməliyyat zamanı Pankisinin beş sakini öldürülüb.

Rəsmilərin deməsinə görə, Machalikashvili təhlükəsizlik əməkdaşlarına qumbara atmaq istədiyi üçün güllələnib. Ancaq qohumları və dostları onun əlində həmin məqamda qumbara deyil, mobil telefon olduğunu deyirlər.

Onlar yeniyetmənin yaraqlı, yaxud şübhəli terrorçularla əlaqəsinin olmadığını söyləyirlər.

Yanvarın 9-da isə təhlükəsizlik qüvvələri Pankisidə daha bir antiterror əməliyyatı keçirib və yerli sakin Zurab Idoidze-ni terrorçu qruplaşmaya yardım etmək şübhəsiylə saxlayıb.

Çeçenistanda postsovet dövründə iki separatçı müharibə baş verib. Hazırda da burada fəaliyyət göstərən islamçı yaraqlılar Şimali Qafqazın digər hissələrinə də yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG