Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 14:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 9-u axşamdan yanvarın 10-u səhərədək ölkə ərazisində hava haqda məlumat yayıb.

Məlumata görə, ölkənin dağlıq rayonlarına qar yağıb. Qar örtüyünün hündürlüyü Quba rayonunun Qırız kəndində 13, Xınalıqda 10 sm təşkil edib.

Bakıya ilk qar yağmağa başlayıb

2018-ci il yanvarın 10-da Bakıya qışın ilk qarı yağmağa başlayıb. Ancaq qar, hələ ki, yerdə qalmır.

Hazırda Bakıda o qədər də güclü olmayan şimal-qərb küləyi əsməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, yanvarın 10-da ölkənin daha çox şimal rayonlarında qar gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG