Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:42

Azərbaycan sülhməramlıların sayını artırıb


Əfqanıstana yollanan sülhməramlılar

Azərbaycan 2018-ci ildən etibarən, Əfqanıstandakı sülhməramlı heyət üzvilərinin sayının artırılmasına qərar verib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Azərbaycan beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə “Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında 6 zabit, 2 hərbi həkim olmaqla sülhməramlılarının sayını ümumilikdə 94-dən 120 nəfərədək artırıb.

Nazirlik bildirir ki, yanvarın 9-da Azərbaycan Ordusunun 70 nəfər sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Buna da bax: Aqil Abbas: 'Məndən olsa, ordu mövzusunda hərbi senzura tətbiq olunmalıdır'

Nazirlik prezident İlham Əliyevin ötən ilin noyabrında NATO-nun mənzil qərargahındakı çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artırılacağı barədə bəyanat verdiyini xatırladıb.

Məlumatda Milli Məclisin ötən ilin sonunda bununla bağlı qərara dəyişikliklər etdiyi də qeyd olunur.

Xatırlatma

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-də başlayıb.

İndiyədək Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti rotasiya qaydasında Əfqanıstandakı missiyada iştirak edirdi.

NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG