Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Yanvarın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi bildirilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında mülayimləşəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə və gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.

Yanvarın 9-u axşamdan 10-u axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi bildirilir. Bu da meteohəssas insanlara əlverişsizdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG