Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 12:41

Hüquq müdafiəçisi, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının rəhbəri Oktay Gülalıyev bu gün, yanvarın 8-də ümumvətəndaş pasportu (xarici pasport) alıb.

Bu haqda AzadlıqRadiosu-na onun özü bildirib.

“Bu gün məni Daxili İşlər Nazirliyinin ( DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə dəvət etdilər. Orda mənə xarici pasport verildi, ölkədən çıxışıma heç bir qadağa olmadığı bildirildi”, – Güləliyev deyib.

Hüquq müdafiəçisinin deməsinə görə, pasport verilərkən ondan dövlət rüsumu almayıblar.

Buna da bax: Oktay Gülalıyev 6 ildir pasport ala bilmədiyini deyir

O.Gülaliyev 6 il idi ki, ölkədən buraxılmadığını söyləyirdi. O, xarici pasport verilməsi tələbi ilə dəfələrlə DİN-ə müraciət etdiyini bildirirdi.

“ASAN xidmət mərkəzi mənə pasport vermir, DİN-ə müraciət etməyi məsləhət görürdü”, – O. Gülaliyev vurğulayırdı.

Hüquq müdafiəçisi ötən il dekabrın 29-u Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində olmuşdu. Ona problemin çözüləcəyi bildirilmişdi.

Buna da bax: ‘Azərbaycan sərhəddinə yaxınlaşanda hansısa generala zəng etdilər...’

O.Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutka həbs cəzası alıb. Həmin ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb. Sabirabad Rayon Məhkəməsi O.Gülalıyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Aprelin 20-də onu Bakıya - 3 saylı Şüvəlan İstintaq Təcridxanasına gətiriblər. İyunun 13-də isə azadlığa buraxılıb. O.Gülalıyevin bildirməsinə görə, azadlığa buraxılsa da, uzun müddət cinayət işi ləğv edilməyib.

Buna da bax: Partiya sədri 10 ildir pasport ala bilmirsə...

Xatırlatma

Oxşar problemlə Azərbaycanda başqa fəallar da üzləşiblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli isə 11 ildir xarici pasport ala bilmədiyini bildirir.

AXCP sədrinin deməsinə görə, 2006-cı ildə o, pasportdan ötrü müraciət edəndə haqqında 1994-cü ildə cinayət işi açıldığını, həbs edildiyini səbəb göstərərək, ona xarici pasport verilməyib. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partlayıcı maddə tapıldığını açıqlamışdılar. Ancaq o, həbsdə elə də uzun müddət qalmamışdı. Ə.Kərimli ittihamları «qurama» adlandırmışdı.

Üstəlik, o, 1995 və 2000-ci illərdə deputat seçilib.

2015-ci ildə isə Avropa İnsan Hüquqları Məhkəməsi AXCP sədrinin ölkədən çıxışına qadağa qoyulmasını pozuntu kimi tanıyıb. Ancaq Ə.Kərimli, hələ də pasport ala bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG