Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 23:42

Apple investorları: Uşaqların smartfonlardan asılılığı azaldılsın


©Shutterstock fotosu

Apple şirkətinin iki böyük investoru iPhone istehsalçısını uşaqların smartfonlardan asılılığını azaltmaqdan ötrü tədbir görməyə çağırıb. “The Associated Press” agentliyi yazır ki, bu, qəcetlər və sosial medianın gənclərə təsiriylə bağlı narahatlığın güclənməsinin daha bir göstəricisidir.

Nyu Yorkda mənzillənən Jana Partners LLCKaliforniya Ştatı Müəllimlərinin Təqaüd Sistemi (CalSTRS) bu gün – yanvarın 8-də Apple şirkətinə açıq məktub göndəriblər. Müəlliflər bildirirlər ki, şirkət uşaqlara cihazlardan asılılığı azaltmaq üçün daha çox seçim və alət təklif etməlidir.

KONKRET TƏKLİFLƏR VAR

Silikon Vadisi (Kaliforniya ştatında Apple, Google, Facebook kimi şirkətlərin baş ofislərinin yerləşdiyi ərazi) də daxil olmaqda dünyada belə bir konsensus var ki, yeni texnologiyaların uzunmüddətli fəsadları başlanğıcda nəzərə alınmalıdır və heç bir şirkət məsuliyyəti boynundan ata bilməz. Apple industriyaya belə bir mesaj verə bilər ki, gələcək nəslin sağlamlığı və inkişafına xüsusi diqqət ayırmaq həm sərfəli işdir və düzgün seçimdir”, – məktubda deyilir.

Bu iki investor Apple səhmlərinin 2 milyard dollarlıq hissəsinə nəzarət edir.

Müəlliflər şirkətə təklif edirlər ki: uşaqların inkişafı üzrə mütəxəssislər daxil olmaqla ekspert komitəsi yaradılsın; Apple nəhəng informasiyanı tədqiqatçılara açsın; mobil qurğu proqramları elə hazırlansın ki, valideynlərin övladlarının səhhətini qorumaq seçimləri olsun.

*** Buna da bax: Şirkətlər telefonun gücünü bilərəkdən azaldırsa...

Məktubda çoxsaylı tədqiqatlar və sorğulara istinad olunur, smartfornlar və sosial mediadan aşırı istifadənin uşaqların zehni və fiziki səhhətinə mənfi təsiri vurğulanır. Qeyd edilir ki, rəqəmsal texnologiyalar dərs otaqlarında tələbələrin fikrini yayındırır, onların dərs tapşırıqlarına diqqət cəmləmək bacarığı azalır, intihar və depressiya riskləri yüksəlir.

Agentlik qeyd edir ki, hazırda dünyada, özəlliklə də erkən yaşda smartfonlardan istifadəyə başlayanlara mobil qurğulardan istifadənin uzunmüddətli təsiri sarıdan narahatlıq artmaqdadır.

Texnologiya şirkətləri hazırladıqları cihazların asılılıq yaratması fikrini açıq qəbul etmirlər. Amma Silikon Vadisindəki mənbələr son vaxtlar mediaya bəzi informasiyalar ötürüblər. Mobil tətbiqlərin və sosial media saytlarının asılılıq yaratmaq, istifadəçinin diqqətini mümkün qədər çox özündə saxlamaqdan ötrü xüsusi dizayn olunduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG