Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:39

Bakıda qar, külək gözlənilir


Yağış

Yanvarın 9-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın bir çox rayonlarında isə yanvarın 9-da yağıntı gözlənilmir. Lakin axşam şimal və qərb rayonlarında yağıntı olacağı, qar yağacağı bildirilir. Gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, Bakı və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək hava şəraiti qeyri-sabit olacaq, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir. Havanın temperaturunun da ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi bildirilir.

Azərbaycanın rayonlarında isə yanvarın 9-u axşamdan 11-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Rayonlarda da havanın soyuyacağı vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG