Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 04:09

Aşan avtobusun sürücüsünün nəqliyyat sürmək hüququnun olmadığı deyilir


Qəza (arxiv fotosu)

Xətai rayonunda aşan avtobusun sürücüsünün tutulduğu bildirilir.

Qəzada ümumilikdə 20 nəfərin xəsarət aldığı deyilir.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 6-da saat 17 radələrində Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yoldan kənara çıxıb dərəyə aşıb.

Hadisə nəticəsində xəsarət alanlardan 12 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi. Onların əksəriyyətinin ilkin tibbi yardım alaraq evə buraxıldığı açıqlanıb.

Buna da bax: Bakıda sərnişin avtobusu aşıb, 12 nəfər xəsarət alıb

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi açılıb. Söhbət 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrindən gedir. Ekspertizalar təyin edilib.

Qəza törətməkdə şübhəli sayılan və saxlanan sürücü Kamran Ağayevin nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı iddia edilir.

Hüquq mühafizə orqanlarının bu açıqlamasına sürücünün və ya onun vəkilinin münasibətini, hələlik, almaq mümkün olmayıb. Onun ittihamlarla razılaşıb-razılaşmadığı açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG