Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 08:02

Müdafiə Nazirliyində müşavirə keçirilib


Foto arxiv

Yanvarın 6-da müdafiə naziriZakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müşavirəyə nazirliyin rəhbər heyəti, habelə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və başqa kateqoriyalardan olan məsul zabitlər qatılıblar.

Z.Həsənov 2017-ci ildə cəbhə xəttindəki vəziyyətin təhlilini aparıb.

O, yeni tədris dövrünə hazırlıq məqsədilə şəxsi heyətinmənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi istiqamətində komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın bir sıra əraziləri cəbhə bölgəsi sayılır.Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG