Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 09:10

ABŞ Baltik dənizində 2 Rusiya təyyarəsinin tutulduğunu bildirir (VİDEO)


SU-30

ABŞ-ın hərbi-hava qüvvələri Baltik dənizi üzərində iki Rusiya qırıcısının tutulmasının videosunu yayıb.

Azadlıq Radiosunun məlumatına görə, insidentlər noyabrın 23-ü və dekabrın 13 də baş verib.

F-15 təyyarələri havaya qalxaraq Rusiyanın SU-30 təyyarələrini müşaiyət ediblər.

ABŞ təyyarələri Litvadakı hava bazasından qalxıblar.

ABŞ komandanlığının məlumatına görə Rusiya pilotları dispeçerlərə lazımi kodları və uçuş planı barədə məlumat verməyiblər.

Bu büynəlxalq razılaşmada nəzərdə tutulur.

Məlumatda deyilir ki, Baltik dənizi üzərində bu cür insidentlər müntəzəm baş verir.

Rusiyanın müdafiə nazirliyi insidentləri təsdiqləyib və bunun beynəlxalq qaydalara əsasən, beynəlxalq hava məkanında keçirilən təlim məşqləri olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG