Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:12

Avstriya mütəxəssisləri alpinistlər itkin düşən rayonda


Avstriya mütəxəssisləri alpinistlər itkin düşən rayonda. 05yan2018

Yanvarın 5-də Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri itkin düşən alpinistlərin axtarış işinə cəlb ediliblər.

Bu barədə Fövqəladə Рallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, Quba rayonu ərazisində itkin düşən alpinistlərin axtarışları yanvarın 5-də də davam edib.

Əməliyyatda FHN-in peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr olub. Habelə, axtarışlarda FHN-in "Mi-17" markalı helikopterinin də iştirak etdiyi bildirilir.

Buna da bax: İtkin alpinistlərin axtarışı davam edir

“Eyni zamanda, Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonunda olublar. Xarici mütəxəssislərin səfərinin məqsədi Fövqəladə Hallar Nazirliyinin dağ-xilasedicilərinin bilik və peşə qabiliyyətinin artırılması məqsədi ilə təlim məşqləri keçməkdir. Təlim məşqləri hər il əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir. Bu gün (yanvarın 5-də) Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qərara alınıb ki, builki məşqlər Quba rayonu ərazisində real şəraitdə aparılsın. Bundan başqa, itkin düşən alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrindən faydalanmaq nəzərdə tutulur”, – məlumatda vurğulanır.

FHN bildirir ki, axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində aparılır.

“Bu gün (yanvarın 5-də) havanın günəşli olmasına baxmayaraq, son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma təhlükəsi artıb. Qar uçqunlarının olduğu yerlərdə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib”, - məlumatda yazılır.

Buna da bax:

İtkin alpinistlərdən son xəbər
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Xatırlatma

«Giləvar» hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, alpinistlərin itkin düşmələri barədə məlumat onlara dekabrın 26-sı axşam daxil olub. Dekabrın 27-dən alpinistlərin axtarışına başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG