Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:47

Baş prokurorluqda müşavirə keçirilib


Baş prokurorluq

“2017-ci il prokurorluq orqanlarından ötrü uğurlu hesabat dövrü olub. Digər hüquq mühafizə orqanları ilə birlikdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub”.

Bu sözləri baş prokuror Zakir Qaralov deyib.

O, bu gün, yanvarın 5-də baş prokurorluqda 2017-ci ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsində çıxış edib.

Baş prokuror vurğulayıb ki, ötən dövrlərdə olduğu kimi ötən ildə də korrupsiya və rüşvətxorluqla kəsərli mübarizə uğurla davam etdirilib. Onun sözlərinə görə, ötən il respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaqı, təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunub.

Buna da bax: Baş prokuror ’Turan’ın fəaliyyəti və casus şəbəkəsi barədə

Baş prokuror vətəndaşların müraciətlərinin araşdırılması sahəsinə də toxunub. Qeyd edib ki, vətəndaşların müraciətlərinə baxılması işində səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib.

Z.Qaralov prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi barədə konkret tapşırıqlar verib. Həmçinin, əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılmasından ötrü zəruri tədbirlərin görülməsi tapşırılıb.

Müşavirədə baş prokurorluğun aidiyyəti struktur qurumların rəhbərlərindən tələb edilib ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərlə mübarizə xətti qətiyyətlə davam etdirilsin.

Ancaq ölkədə prokurorluğun fəaliyyətinə heç də birmənalı münasibət yoxdur. Müxalifət partiyaları iddia edir ki, prokurorluq böyük vəsaitlərin ölkədən çıxarılaraq ofşor zonalara yerləşdirilməsi ilə bağlı iddiaları araşdırmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG