Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 04:12

Ukraynanın ən zəngin adamının sərvəti dondurulub


Oliqarxlar Victor Pinchuk (solda) və Rinat Akhmetov, 2011-ci il

Kipr məhkəməsi Ukraynanın ən zəngin adamı, Ukrtelecom telekommunikasiya şirkətinin sahibi Rinat Akhmetov-un 820 milyon dollarlıq sərvətini dondurub.

“Financial Times” qəzet yazır ki, bu qərar ukraynalı bankir Denis Gorbunenko-nun Raga Establishment şirkətinin iddiası əsasında çıxarılıb. Həmin qrup 2013-cü ildə telekommunikasiya şirkətini Akhmetov-a 860 milyon dollara satıb.

Şirkət iddia edir ki, Akhmetov sövdələşmə üçün avans kimi 100 milyon dollar ödəyib, ondan sonra heç bir ödəniş olunmayıb.

Raga ötən ilin iyunundan London Beynəlxalq Arbitrasiya Məhkəməsində də Akhmetov-a qarşı oxşar iddianı udmuşdu.

Akhmetov sərvətin dondurulmasından apelyasiya şikayəti verə bilər. “FT” qeyd edir ki, Akhmetov-un Ukrtelecom-a sahibliyi də sual altındadır, Ukrayna hökuməti şirkəti milliləşdirmək istəyir.

Ukrtelecom ilkin olaraq 2011-ci ildə Vyanadakı Epic Investments-ə 1,2 milyard dollar satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG