Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 01:20

Şimali Koreya Seulla danışıqlara razılaşır


Koreyalar arasındakı neytral zona

Şimali Koreya gələn həftə Seulun rəsmi danışıqlar aparmaq təklifini qəbul edib. Baş tutarsa, bu, tərəflərin son iki ildə ilk belə görüşü olacaq.

Bu xəbər yayılmamışdan bir neçə saat öncə Birləşmiş Ştatlar və Cənubi Koreya birgə hərbi təlimi ertələyib.

Cənubi Koreyanın birləşmə nazirliyi yanvarın 5-də bildirib ki, Pxenyan yanvarın 9-da danışıqlar aparmağa razılıq verib. Bundan öncə iki Koreyanın rəsmiləri 2015-ci ilin dekabrında görüşmüşdülər.

Danışıqlar Panmunjom sərhəd kəndində keçiriləcək və fevralda Pxençanda baş tutacaq Qış Olimpiya oyunları, Koreyalar arasında münasibətlərin yaxşılaşdırılması müzakirə olunacaq. Nazirliyin sözçüsü Baik Tae-hyun belə deyib.

Sözçü əlavə edib ki, Cənubi Koreya Pxenyanın nüvəsizlədirilməsiylə bağlı mövqeyini dəyişməyib və danışıqlar əsnasında Birləşmiş Ştatlarla sıx əlaqə saxlayacaq.

Şimali Koreya lideri Kim Jong Un Yeni il müraciətində Koreya yarımadasında gərginliyin azaldılmasına çağırıb və deyib ki, Pxenyan Olimpiya oyunlarında iştirak etmək istəyər.

Ancaq Kim onu da əlavə edib ki, ölkəsi nüvə raketləri istehsalını davam etdirəcək, hədə yaranarsa, nüvə zərbəsi endirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG