Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:16

'Teleqüllə'nin ətrafında çatlar...


Teleqüllə

«“Teleqüllə” sürüşmə sahəsində – teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb».

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib.

Onun sözlərinə görə, prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsidir.

Ə.Qaralovun bildirməsinə görə, Zığ-1 sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində atmosfer yağıntıları və texnogen amillərin təsirindən nisbi aktivlik müşahidə olunub. Eyni zamanda, Günəşli yaylası (çökmə) oturma sahəsi də aktivləşib.

“Masazır qəsəbəsində “Zəli gölü adlanan ərazidə təbii, texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Habelə, Nübar qəsəbəsində sürüşmə – çökmə sahəsində aktivlik baş verib”, - deyən Ə. Qaralov vurğulayıb ki, Bayıl, Badamdar, Əhmədli-1, Əhmədli-2, Əhmədli – Günəşli arası, “N.Nərimanov dairəsi və “N.Nərimanov döngəsi” sürüşmə sahələrində aktivlik müşahidə edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG