Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:54

Rusiya Suriyada iki əsgərinin öldürüldüyünü bildirir


Hmeimim hava bazası

Rusiyanın Müdafiə Nazirliyi Yeni il ərəfəsində Suriyada iki hərbçisinin öldürüldüyünü bildirir. Əsgərlərin Suriya antihökumət qüvvələri tərəfindən minaatanlarla qətlə yetirildiyi qeyd olunur.

Rusiya xəbər agentliklərinin nazirliyə istinadla yazdığına görə, qaranlıq düşüncə yaraqlı qrup Hmeimim hava bazasına qəfil hücum edib. Atəş nəticəsində iki əsgər qətlə yetirilib.

Nazirlik “Kommersant”ın hücumda yeddi hərbi təyyarənin məhv edilməsi barədə yazdıqlarını təkzib edib.

*** Buna da bax: ABŞ Milli təhlükəsizlik müşaviri Rusiya və Pakistan barədə danışıb

Hmeimim bazası Suriyanın qərbindəki Latakya vilayətində yerləşir.

Rusiya Suriya vətəndaş müharibəsində prezident Bashar al-Assad hökumətini dəstəkləyir. 2011-ci ildən davam edən müharibədə yüz minlərlə adam həlak olub, milyonlarla sakin evindən didərgin düşüb.

40-DAN ÇOX HƏRBÇİ HƏLAK OLUB

Moskva 2015-ci ilin sentyabrından Suriyaya hava zərbələri kampaniyasına başlayıb. O vaxtdan Suriyada Rusiyanın 40-dan çox hərbçisinin öldürüldüyü bildirilir.

Rusiya Müdafiə Nazirliyi yanvarın 3-də bildirib ki, Suriyada hərbi vertolyotu vurulub, iki pilot həlak olub.

Mil Mi-24 vertolyotunun dekabrın 31-də “texniki nasazlıq” ucbatından qəzaya düşdüyü qeyd edilirdi. Vertolyot Hama şəhərindəki hərbi hava bazasına uçurdu.

Dekabrın 11-də Suriyaya səfər edən Rusiya Prezidenti Vladimir Putin İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərində qələbə çalındığını elan edib və bu ölkədəki qüvvələrini qismən geri çəkəcəyini açıqlayıb.

*** Buna da bax: Putin Suriyadakı Rusiya hərbi bazasını möhkəmləndirən qanunu imzalayıb

Qərb rəsmilərinin deməsinə görə, Rusiyanın hava zərbələri ilkin mərhələdə daha çox Assad-la savaşan üsyançıları hədəfə alıb, nəinki İŞİD yaraqlılarını.

Putin dekabrın 28-də deyib ki, Suriyada əməliyyatda 48 mindən çox rusiyalı hərbçi xidmət keçib və Rusiya Hmeimim-da və Suriyanın Tartus limanında “daimi” qalacaq.

Putin-in dekabrın 29-da imzaladığı qanun Rusiyaya Tartusdakı donanma obyektində əməliyyatlarını genişləndirmək imkanı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG