Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

ABŞ Milli təhlükəsizlik müşaviri Rusiya və Pakistan barədə danışıb


H.R. McMaster
H.R. McMaster

Ağ Evin baş müşaviri H.R. McMaster deyib ki, ABŞ milli təhlükəsizliyinin qorunmasının ən vacib vəzifələrindən biri də Rusiyanın dünya boyunca seçkilərə “məkrli” müdaxiləsini faş etməkdir.

Onun sözlərinə görə, bu, Moskvanın demokratik prosesə bir daha qarışmasının qarşısını alardı.

H.R. McMaster yanvarın 2-də Ağ Evdə “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, ABŞ Moskvanın bu çox “təkmil müdaxilə strategiyasının” önlənməsi yollarını tapmalıdır:

“Rusiya bu yeni təhdid növünü çox təkmilləşdirib…O dezinformasiya və təbliğatdan, sosial media alətlərindən cəmiyyətləri həqiqətən də qütbləşdirmək və icmaları bir-birinə qarşı qoymaq, onların qətiyyət və məramını zəiflətmək üçün istifadə edir”.

ABŞ kəşfiyyat rəsmiləri ötən ilin yanvarında bu qənaətə gəlmişdilər ki, Rusiya prezidenti Vladimir Putin 2016-cı ilin ABŞ seçkisini “təsirləndirmək kampaniyasına” göstəriş verib və onun bu işdə məqsədi ABŞ-da demokratiyaya inamın sarsıdılması, demokrat Hillary Clinton-un reputasiyasının ləkələnməsi və respublikaçı Donald Trump-a kömək edilməsi olub.

Avropa rəsmiləri də Rusiyanın Fransa, İspaniya seçkiləri və Britaniyda Brexit səsverməsi də daxil oradakı seçkilərə müdaxilə etdiyi barədə nəticəyə gəliblər.

McMaster deyib ki, Rusiyanın hərəkətlərini ifadə etmək üçün “məkrli” sözü şox düzgündür.

Ağ Evin müşaviri bildirib ki, buna qarşı ən mühüm vasitələrdən biri də bu fəaliyyyətin nədən ibarət olduğuna, mənbə və məqsədinin nə olduğuna aydınlıq gətirilməsidir.

McMaster-in sözlərinə görə, belə etməklə “onların cəmiyyətimizə… mənfi təsir göstərmək qabiliyyəti zəiflədilə bilər”.

McMaster bu barədə deyib: “Rusiyalılar Avropada çox fəal olublar…Bu yaxınlarda Fransa seçkisində, İspaniyada Kataloniya məsələsinə dair referendumda… Siz onların hazırda Meksikada çox fəal olduğunu görürsünüz. Yəni onlar Monteneqroda çevriliş yaratmaq üçün nələr etmişdilər…”

Müşavir bildirib ki, Rusiyanın sabitsizləşdirici davranışının üstünü açmaq çox mühüm birinci addımdır: “Belədə hamı onların məqsədlərini görəcək və onlar problem yaratmaq, icmaları qarşı-qarşıya qoymaq qabiliyyətlərinin xeyli hissəsini itirəcəklər”.

Rusiyalılar Malayziya Hava Yollarının 17 nömrəli reysini vurub saldıqlarını və 298 insanı “qətl etdiklərini”, “Krımda və şərqi Ukraynada əsgərləri olduğunu” və ya Bashar al-Assadın Suriya rejimini və onun kimyəvi silahlarını himayə etdiklərini “danan həmin insanlardır

McMaster qeyd edib ki, Rusiya ABŞ-dakı və başqa seçkilərə müdaxiləsini inkar edir, lakin o bunu “inanılması mümkün olmayan inkar” adlandırıb.

O deyib ki, rusiyalılar Malayziya Hava Yollarının 17 nömrəli reysini vurub saldıqlarını və 298 insanı “qətl etdiklərini”, “Krımda və şərqi Ukraynada əsgərləri olduğunu” və ya Bashar al-Assadın Suriya rejimini və onun kimyəvi silahlarını himayə etdiklərini “danan həmin insanlardır”.

Hollandiya müstəntiqləri və başqa təhqiqatçılar Malayziya sərnişin təyyarəsinin 2014-cü ildə şərqi Ukraynadakı münaqişə zonasında Rusiya istehsallı yer-göy raketi ilə vurulduğu nəticəsinə gəliblər.

Birləşmiş Ştatlar və başqa Qərb ölkələri Ukraynanın Krım regionunu qanunsuz ilhaq etdiyinə və Ukraynanın şərqindəki separatçılara dəstək verdiyinə görə Moskvanın üzərinə 2014-cü ildən bəri sanksiyalar qoyub.

McMaster bu barədə deyib: “İnkarlar sadəcə olaraq, daha inandırıcı görünmür. Elə isə düşünürəm ki, biz Rusiyanın bu sabitsizləşdirici fəaliyyətinin qarşısını almaq üçün, dediyim kimi bu davranışı faş etməliyik”.

Bununla yanaşı baş müşavir vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiya ilə əməkdaşlığın yollarını tapmalıdır.

Onun szölərinə görə, Rusiya ilə maraqların üst-üstə düşdüyü sahələrdə əməkdaşlıq edilə bilər.

McMaster belə sahələr kimi İran və Şimali Koreyanın adlarını çəkib.

Müşavir deyib: “İranın Yaxın Şərqdə qüdrətlənməsi Rusiyanın necə marağında ola bilər? Onlar bunun çox ağır bədələlini ödəyəcəklər”.

Mcmaster prezidentin Pakistan siyasəti barədə suallara cavab verib

Ağ Evin milli təhlükəsizlik müşaviri H.R. McMaster “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, prezidentin Pakistan barədə narahatlıqları başa düşüləndir.

Onun fikrincə, Pakistanın terrorçu qrupları himayə etməsi davam edir və Pakistan belə qruplarla mübarizə apararkən fərqli münasibət nümayiş etdirir.

McMaster daha sonra deyib: “Prezidentin Pakistan xalqına böyük rəğbəti var. Xüsusilə də onların terrorçuların əlindən çəkdikləri iztirablara görə. Terrorçular çox sayda pakistanlıya, bir neçə il əvvəl məktəbdə törədilmiş dəhşətli kütləvi qətllər zamanı olduğu kimi zülmlər veriblər...”

McMaster bildirib ki, elə bu səbəbdən də prezident Pakistan hökumətinin terrorçuların üstünə onların arasında daha az fərq qoymaqla getməsini istəyir.

Müşavir qeyd edib ki, Trump-ın Pakistanı tənqid etməsi ittiham etmək yox, sadəcə olaraq bu münasibətlərin bundan sonra da bu ziddiyyətlərlə davam edə bilməyəcəyini bildirmək üçündür.

McMaster bildirib ki, Pakistan terrorçu qruplara fərqli yanaşmaqla, bəzən Pakistan xalqının maraqlarının əksinə gedir.

Onun sözlərinə görə, Pakistanın öz ərazisində sığınacaq verdiyi Taliban və Haqqani şəbəkələri Əfqanıstanda “cəhənnəm” törədirlər.

“Amerikanın səsi” müxbiri McMasterə belə bir sual verib: “Pakistanlılar onlara verilən pul yardımından necə istifadə edildiyini soruşanda, bundan əsəbiləşirlər, lakin digər tərəfdən siz belə ölkələrə pul verməsiniz, başqa biri bu yeri tuta bilər…”

McMaster bildirib ki, bu yeri kim tutsa da, Pakistanın Haqqani və Taliban şəbəkələrini himayə etməsini qəbul etməyəcək. Onun fikrincə, məsələn Çinin terrorçu qruplaşmalarla bağlı öz ərazisində problemləri var.

Bizim istədiyimiz odur ki, Pakistan öz maraqları istiqamətində hərəkət etsin və terrorçu qruplara fərq qoymasın. Onların rəhbərlərini sığınacaq, dəstək bazaları kimi şeylərlə himayə etməsin

H.R. McMaster daha sonra deyib: “Biz əminik ki, Pakistan iflasa uğramış ölkə olmaq istəmir. Pakistan böyük potensialı, insan və iqtisadi potensialı olan ölkədir. Bizim istədiyimiz odur ki, Pakistan öz maraqları istiqamətində hərəkət etsin və terrorçu qruplara fərq qoymasın. Onların rəhbərlərini sığınacaq, dəstək bazaları kimi şeylərlə himayə etməsin”.

Daha sonra müxbir belə bir paralel gətirib ki, Pakistan nüvə ölkəsidir və onun da potensial olaraq hədə aləti kimi işlədə biləcəyi nüvə silahı var.

McMaster bu suala cavabında deyib ki, o Pakistan liderinin nüvə silahından şantaj vasitəsi kimi istifadə edə biləcəyini təsəvvürünə gətirmir.

Müşavir deyib: “Pakistan Şimali Koreyaya çevrilmək istəyirmi? Bu mənə çox da xoşa gələn model kimi görünmür...”

Daha sonra müxbirin Trump-ın xarici siyasətini təsvir etmək ricasına cavab olaraq McMaster deyib: “Mən bunu prinsipli realizm adlandırardım. Siz bu siyasətlə çox oxunaqlı bir sənəd olan Milli Təhlükəsizlik Strategiyasında tanış ola bilərsiniz. Bu sənəd hazırda açıqdır”.

McMaster izah edib ki, bu sənəddə bütün ABŞ nazirlikləri üçün aydın strateji vəzifələr qoyulub. Müttəfiqlərin və rəqiblərin tam təsviri verilib.

Müxbirin “siz, prezidentin siyasəti sizi bəzən çətin vəziyyətdə buraxır” deməklə, onunla razılaşmadığınızı bildirmək istəmisinizmi” sualına McMaster belə cavab verib: “Yox. Prezident təməl doqmaları şübhə altına alır. O həmişə nə üçün məhz bu cür hərəkət edilməli olduğunu izah edir. Bununla o bizim daxilimizdəki doqmaları aşkara çıxarmağımıza imkan yaradır...”

Milli təhlükəsizlik müşaviri bildirib ki, “prezident bir sıra çox müdrik və əhəmiyyətli qərarlar qəbul edib”.

McMaster deyib ki, Trump-ın Cənubi Asiya, Əfqanıstan kimi regionlarla bağlı strategiyası uğura hesablanıb.

O bunu da əlavə edib ki, Trump-ın İran siyasəti son zamanlaradək yürüdülən siyasətdən fərqlənir və İranın bəd rəftarlarının qarşısının alınmasına və bu diktatorluğun maliyyə kanallarının boğulmasına yönəlib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG