Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:10

Sibirin Xanti-Mansiisk muxtar regionunda iki maşının toqquşması nəticəsində dörd uşaq daxil olmaqla, azı 10 nəfər həlak olub.

Interfax xəbər agentliyi regional yol polisinin sözçüsünə istinadla xəbər verir ki, yol qəzası Xanti Mansiisk- Nyaqan magistral yolunda baş verib.

Rəsmilərin sözlərinə görə, Mazda 6 və Renault Duster toqquşub, sürücülərdən birinin sükana nəzarəti itirdiyi qeyd olunur.

Qəzada ölən uşaqlardan birinin heç bir yaşı yox imiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG