Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 09:09

Latviya Rusiya telejurnalistini deportasiya edib


Riqa, arxiv fotosu

Rusiyanın TVTs telekanalının reportyoru Anatoly Kurlayev Latviyada saxlanıb və deportasiya olunub. Səbəb onun ölkəyə girişi yasaqlanmış şəxslərin siyahısına salınmasıdır. Latviyanın daxili işlər naziri Rihards Kozlovskis çərşənbə günü bu barədə açıqlama verib.

“Bu qadağa həmişəlik deyil, müəyyən müddətə qoyulub. Bu qadağa hər üç ildən bir nəzərdən keçirilir. Hökumətin gəldiyi qənaətə əsasən, daxili işlər nazirliyi bu şəxsi siyahıya salıb”, – nazir yerli LNT kanalına deyib.

Nazirin sözlərinə görə, ötən il Latviya 100-dən çox adamı qara siyahıya salıb. Siyahı bu ölkəyə düşmən münasibət sərgiləyən, yaxud kriminal hərəkətlərə görə tərtib olunur.

Rusiyalı reportyor yanvarın 1-də Riqaya gedərək oteldə qalıb. Yerli radiostansiyaya deməsinə görə, onu ticarət mərkəzində saxlayıb və Latviyaya daxil olmasının ömürlük yasaqlandığını bildiriblər.

“Dövlətə hədələr kimi bəzi şeylər danışırdılar”, – telejurnalist söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG