Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 16:20

İtən alpinistlərlə bağlı müşavirə olub


İtkin düşən 3 alpinisti tapmaq mümkün olmur
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

İtkin düşən 3 alpinisti tapmaq mümkün olmur

Bu gün, yanvarın 3-də Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışları ilə əlaqədar əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, müşavirə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin rəhbərliyi ilə keçirilib.

Əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunan qurumların rəhbər şəxsləri də iştirak edib.

«Alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib və müvafiq göstərişlər verilib», - məlumatda vurğulanır.

Axtarışa könüllülər qoşulub

Müşavirədə bildirilib ki, son günlər meteoroloji şəraitin kəskin pisləşməsini (1.4 metrədək qarın yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə, lakin fasiləsiz aparılır:

«Axtarış-xilasetmə işlərində FHN-in peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Meteoroloji şəraitdən asılı olaraq, FHN-in helikopteri əməliyyata cəlb olunur».

Əməliyyat müşavirəsində vurğulanıb ki, bəzi xəbər saytları həqiqəti əks etdirməyən, xüsusi ilə də əməliyyatda iştirak edən dövlət qurumlarının fəaliyyəti ilə bağlı doğru olmayan məlumatlar yayır.

Son günlər bəzi KİV-lərdə belə iddialar yayılır ki, axtarışda iştirak edən Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları arasında ziddiyyətlər var. Bu da axtarış işinə mane olur.

Xatırlatma

«Gilavar» - hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur HüseynovNamin Bünyatzadə dekabrın 23-də Qubanın Xınalıq kəndindən Tufandağa (4191m) yürüş ediblər. Elə həmin gündən də onlarla əlaqə olmayıb. Alpinistlərin axtarışlarına ancaq dekabrın 27-dən başlanıb. FHN-in açıqlamalarına görə, alpinistlərin itkin düşməsi ilə bağlı onlara yalnız dekabrın 26-da məlumat verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG