Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 05:23

Yanvarın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı bildirilir. Arabir güclənən şimal-qərb küləyinin günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın şimal rayonlarında da yağış yağacağı bildirilir. Başqa rayonlarda da duman, çiskin gözlənir. Gecə dağlıq ərazidən asılı olaraq 5 dərəcə şaxtadan 5 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.

Naxçıvan Muxtar Respublikasında gecə şaxtanın 10 dərəcəyə yüksələcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG