Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:52

İran İraq Kürdüstanıyla sərhədi açıb


Kürdüstan regionu, arxiv fotosu

Yanvarın 2-də İran İraq Kürdüstanıyla iki sərhəd keçid məntəqəsini yenidən açıb. Məntəqələr kürdlərin müstəqillik referendumundan sonra bağlanmışdı. Xəbəri İranın yarırəsmi ISNA agentliyi yayıb.

“Ərbil və Süleymaniyyə ilə sərhəddəki Tamarçin və Pərviz Xan keçid məntəqələri İraq hökumətinin rəsmi xahişiylə bağlanmışdı, çərşənbə axşamı yenidən açılıb”, – ISNA İslam respublikasının Ərbildəki konsulluğuna istinadla yazıb.

Sentyabrın 25-də keçirilmiş referendumda kürdlərin 92 faizi müstəqilliyi dəstəkləyib, Bağdadsa bu səsverməni qanunsuz elan edib.

İran, Türkiyə, eləcə də Qərb hökumətlərinin çoxu referenduma qarşı çıxıblar.

Daha sonra İraq qüvvələri İranın dəstəklədiyi şiə yaraqlıların köməyilə neftlə zəngin Kərkük vilayətinə nəzarəti ələ alıb. Toqquşmalarda onlarla peşmərgə döyüşçüsü və şiə yaraqlısı öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG