Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Bitkoynun ili “bəd gəldi”


İllüstrativ foto
İllüstrativ foto

Yeni il bitkoyn üçün pis başlayıb. 2015-ci ildən bəri ilk dəfədir kriptovalyutanın dəyəri düşməyə başlayıb. Dekabrın 18-də 19 min 511 dollara yüksəlmiş bitkoynun məzənnəsi enməkdədir.

Bloomberg” xəbər verir ki, bazar ertəsi bu virtual pul vahidi Nyu Yorkda 13 min 624 dollara satılıb ki, bu da ötən cüməki məzənnədən 4,8 faiz azdır. Bazar günü bir bitkoyn 14 min 156 dollara yüksəlmişdi. coinmarketcap.com-un məlumatına görə, bu gün – yanvarın 2-də də kriptovalyuta Asiya bazarlarında tərəddüd edib.

Ötən il bitkoyn xeyli güclənib və uzun müddət bu tendensiyanı saxlayıb. Beləliklə də kriptovalyutalarla bağlı qlobal miqyasda bir çaxnaşma, hiddət yaranıb. 2017-ci ilin ilk günündə 3,6 faiz bahalanaraq 998 dollar olan bitkoyn ili 1300 faizdən çox artımla başa vurub.

*** Buna da bax: Bitkoyn niyə populyarlaşır

Ötən ay Uol Strit rəqiblərinin sayı artan bitkoynun fyuçersləri ilə ticarətə başlayıb.

“YANIB KÜL OLACAQLAR”

Kriptivalyuta bumu fəlakətlə nəticələnəcək. CNBC xəbər verir ki, investorlara bu xəbərdarlığı ABŞ-ın keçmiş prezidenti Ronald Reagan-ın Menecment İdarəsinin keçmiş direktoru David Stockman edib.

Göydə ağacların bitməsinə özünü inandıranlar həqiqətən də axmaq möhtəkirlərdir”, – o, ötən həftə CNBC-yə müsahibəsində deyib. “O, əzəmətli bir qəzada yanıb kül olacaq. Son günlərin möhtəkirlərinin əlləri də yaxşıca yanacaq və dərslərini alacaqlar”, – o, sözlərinə əlavə edib.

Stockman bunları təkcə bitkoynla bağlı deməyib. O, tezliklə səhm bazarlarını “nəhəng, dəhşətli tufanvuracağını” deyir, investorlara xəbərdarlıq edirdi.

Stockman Federal Rezerv sistemini və mərkəzi bankları səhm və kriptovalyuta bazarları ətrafında hay-küy yaratmaqda suçlayıb.

*** Buna da bax: Rusiya Mərkəzi Bankı kriptovalyuta barədə düşünür

Keçmiş direktor bu valyutalarla bağlı dəqiq rəqəm söyləyə bilməyəcəyini də vurğulayıb. “Elə bir fikrim yoxdur. Onlar bundan sonra iki, üç dəfə də bahalaşa bilər, sıfıra da düşə bilər. ancaq əsas məsələ odur ki, bu, real pul deyil, tranzaksiyalar üçün real pul sabit olmalıdır”, – o deyib.

Stockman-ın fikrincə, CBOECME-nin bitkoyn fyuçerslərini valyuta mübadilələrinə əlavə etmək qərarı belə bu pul vahidlərinə legitimlik vermir.

CBOE və CME bu barədə şərh verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG