Rusiyanın mərkəzi bankı bildirir ki, Avrasiya İqtisadi Birliyi (EEU) və BRICS (Braziliya, Hindistan, Çin və Cənubi Afrika) məkanında rəqəmsal valyutanın tətbiqinin mümkünlüyünü götür-qoy edir.
Rusiya Bankı sədrinin birinci müavini Olga Skorobogatova Moskvada jurnalistlərə deyib ki, bu məsələ 2018-ci ildə araşdırılacaq, Rusiyanın adıçəkilən birliklərdə tərəfdaşlarıyla məsləhətləşmələr aparılacaq.
“Xeyli sayda texnoloji və makroiqtisadi aspektlər var və düşünürəm ki, gələn il belə bir kriptovalyutanın təsis olunmasına mümkün yanaşmalar işlənib hazırlanacaq”, – Skorobogatova deyib.
Maliyyə nazirinin müavini Aleksei Moiseyev-in sözlərinə görə, rəqəmsal pul ödəniş valyutası kimi deyil, mülkiyyət kimi dəyərləndiriləcək.
Belarus prezidenti Alyaksandr Lukashenka dekabrın 22-də imzaladığı sərəncamla bitkoyn kimi kriptovalyuta ilə tranzaksiyaları leqallaşdırıb.