Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 08:35

Keçmiş prezidentə 3 il həbs cəzası kəsildi


Morsi
Morsi

Misir məhkəməsi keçmiş prezident Muhammad Morsini 3 illik həbsə məhkum edib. Morsi ədliyyə sisteminitəhqir etməkdə günahkar bilinib.

Misirin Dövlət Televiziyasının verdiyi məlumata görə, dekabrın 30-da Qahirə məhkəməsi qərar verib ki, Morsi 4 il əvvəl ictimai çıxışında ədliyyə sistemini gözdən salmağa çalışıb, məqsədi isə “nifrət yaymaq”, qızışdırmaq olub. Televiziya məsələnin təfərrüatı ilə bağlı əlavə məlumat vermir.

Məhkəmə eyni işlə bağlı daha 18 nəfərə də 3 illik həbs cəzası kəsiib.

5 nəfər isə, o cümlədən demokratiya uğrunda kütləvi kampaniyaların təşkilatçısı Alaa Abdel-Fattah 30 min Misir funtu (1688 dollar) məbləğində cərimə olunub.

Morsi Misirin ilk azad seçki ilə seçilmiş prezidentidir. Onu bir illik prezidentliyindən sonra 2013-cü ildə hərbçilər devirdi.Morsinin hakimiyyəti ölkədə cəmiyyətin kəskin bölünməsinə gətirmişdi.

Buna da bax: Trump Sisi-ni tərifləyir

O vaxtdan həbsdə olan Morsiyə qarşı müxtəlif ittihamlarla məhkəmə prosesləri gedir.

Morsi həmçinin casusluqda, xarici qruplarla əlaqədə ittiham olunur.

Misirdə hərbçilər 2013-cü ildən bər minlərlə islamçını və liberalı həbsə atıb.

XS
SM
MD
LG