Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:08

Trump Sisi-ni tərifləyir


Abdel Fattah al-Sisi və Donald Trump

ABŞ prezidenti Donald Trump aprelin 3-də misirli həmkarı Abdel Fattah el-Sisi ilə görüşündə onu tərifləyib, «fantastik iş» gördüyünü deyib. Trump-ın sözlərinə görə, Birləşmiş Ştatlar Misir və xalqından «xeyli geri qalır».

ABŞ prezidenti ölkəsinin Yaxın Şərqdəki çoxdankı müttəfiqiylə əlaqələri yenidən başlatmağa söz verib.

Misir liderinin Trump-ın sələfi Barack Obama-yla münasibətləri gərginləşmişdi. 2010-cu ildə prezident Hosni Mubarak Ağ evi ziyarət etmiş sonuncu Misir lideri idi. O, Yaxın Şərq sülh danışıqlarına qatılmışdı. O, bir neçə ay sonra «Ərəb baharı» üsyanları nəticəsində devrildi.

Sisi 2013-cü ildə prezident Muhammad Morsi-ni devirəndən sonra Obama Misirə yardımı dayandırdı.

Trump isə Sisi-ni dəstəklədiyini bildirib. «Sizin Birləşmiş Ştatlarda və mənim timsalımda böyük dostunuz və müttəfiqiniz var», – deyən Trump insan haqları məsələsinə toxunmayıb.

İnsan haqları qrupları Sisi hökumətini tənqid edir, onun ölkəsində 40 min siyasi məhbusun olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG