Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 22:35

Silahlı Qüvvələr haqqında qanun layihəsi qəbul edilib


Daxili qoşunlar

Yenidən hazırlanan «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Qanun layihəsi Milli Məclisin bu gün, dekabrın 29-da keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılaraq, qəbul edilib.

APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, layihə hərbi doktrinaya, milli maraqlara və beynəlxalq normalara tamamilə uyğundur. O, ikinci oxunuşda müzakirədən sonra layihə üzərində aparılan işlər barədə komitə üzvlərini məlumatlandırıb.

Ötən il Konstitusiyaya edilən dəyişikliklərdən irəli gələrək, Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləməni müəyyən edən «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» yeni qanun layihəsi hazırlanıb. Yeni sənəddə Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirilib. Silahlı Qüvvələrin Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarət olduğu qeyd edilib.

1991-ci ildə qəbul edilən və hazırda qüvvədə olan «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Qanun bütövlükdə Silahlı Qüvvələrin deyil, yalnız onun bir hissəsi olan Azərbaycan ordusunun hüquqi əsaslarını müəyyən edirdi. Yeni qanun layihəsində isə ilk dəfə Silahlı Qüvvələrinin, onun tərkib hissəsi olan Azərbaycan ordusu və başqa silahlı birləşmələrin anlayışı verilir. Ordunun fəaliyyətini Müdafiə Nazirliyi təşkil edir. Başqa silahlı birləşmələr dedikdə isə, ölkənin təhlükəsizliyini təmin edən, terrorçuluqla mübarizə aparan xüsusi xidmət orqanları, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasını təmin edən daxili qoşunlar başa düşülür. Habelə, bura dövlət sərhədini qoruyan sərhəd-mühafizə orqanları və mülki müdafiəni təşkil edən hərbi birləşmə daxildir.

Layihədə qeyd edilir ki, başqa silahlı birləşmələrin dəqiq siyahısını Azərbaycan prezidenti təsdiq edəcək.

Bəzi ekspertlər deyir ki, bu qanun Silahlı Qüvvələrə hökumətlə razılaşdırılmayan etiraz aksiyalarına müdaxilə etmək imkanı yaradır. Əvvəlki qanunda bu hal yox idi. Ancaq deputatlar deyir ki, əvvəl daxili qoşunlar Silahlı Qüvvələrə tabe deyildi. Onda da ictimai təhlükəsizliyin qorunmasını bu qurum təmin edirdi. İndi sadəcə daxili qoşunlar Silahlı Qüvvələrin tərkibinə daxil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG