Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 22:25

İtkin alpinistlərdən xəbər yoxdur


Bu gün, dekabrın 29-u səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi itkin alpinistlərin axtarışına cəlb edilib.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Nazirlik bildirir ki, aviasiya dəstəsinin «Mi-17» markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Xatırlatma

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan «Gilavar» - hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur HüseynovNamin Bünyatzadə itkin düşüblər.

Alpinistlərin axtarışına ancaq dekabrın 27-dən başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG