Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 18:20

Rusiya gələn ildən ABŞ kəşfiyyat uçuşlarını məhdudlaşdıracaq


Arxiv fotosu
Arxiv fotosu

Rusiya yanvarın 1-dən Açıq Səmalar Sazişi çərçivəsində Rusiya üzərində ABŞ hərbi kəşfiyyat uçuşlarını məhdudlaşdıracaq. Bu, Birləşmiş Ştatların Rusiya uçuşlarını məhdudlaşdırmasına cavab olaraq gerçəkləşdiriləcək. Məlumatı Rusiya xəbər agentlikləri yayıb.

Yeni məhdudiyyətlər ABŞ hava heyətinin Rusiyada müəyyən hava bazalarından istifadəsini əngəlləməklə həyata keçiriləcək. Rusiyanın RIA Novosti dövlət xəbər agentliyi Xarici İşlər Nazirliyinin rəsmisi Georgiy Borisenko-ya istinadla yazıb.

Rusiya “ABŞ uçuşlarına münasibətdə üç hava bazasında gecə qalmağı ləğv edəcək”. Bunu isə dekabrın 28-də Interfax agentliyi Rusiya XİN-in sözçüsü Maria Zakharova-ya istinadla yazıb.

Açıq Səmalar Sazişi 1992-ci ildə imzalanıb, silahlara nəzarətlə bağlı sazişlərdən biridir. Məqsəd iki nüvə supergücü arasında inam və şəffaflığı artırmaqdır.

*** Buna da bax: İttiham: “ABŞ Suriyada keçmiş İŞİD yaraqlılarına təlim keçir”​

BİRLƏŞMİŞ ŞTATLARIN ŞƏRTİ

İyunda Birləşmiş Ştatlar Rusiyanı bu sazişi pozmaqda, Şərqi Avropadakı Kalininqrad anklavı üzərində ABŞ uçuşlarını məhdudlaşdırmaqda suçlayıb. Vaşinqton bildirmişdi ki, yanvarın 1-dən ABŞ üzərində Rusiya uçuşları məhdudlaşacaq.

Kalininqrad Rusiyanın ən çox hərbləşmiş regionlarından biridir. NATO üzvləri olan Polşa və Litva arasında yerləşən Kalininqrad potensial qaynar nöqtə sayılır. Həm NATO, həm də Rusiya sərhəd regionda müdafiəni gücləndirməkdədir.

ABŞ mediası yanvarın 1-dən Rusiyanın Alyaska və Havay üzərində missiyalarını məhdudlaşdıracağını yazırdı.

Bu arada tərəflər bir-birini 1987-ci il Ortamənzilli Nüvə Silahları müqaviləsini pozmaqda da ittiham edib.

Interfax Zakharova-ya istinadla yazıb ki, Rusiya üzərində uçuşların məhdudlaşdırılması ABŞ tərəfiylə bəzi ikitərəfli razılaşmalar tələb edib, ABŞ-ın ATƏT-dəki missiyası da bilgiləndirilib.

*** Buna da bax: Lavrov deyir ki, Pxenyan məsələsində Tillersonla ‘eyni rəydədir’, amma…

“ABŞ-ın hərəkətləri Açıq Səmalar Sazişini pozur. Birləşmiş Ştatlardan olan həmkarlarımızı durmağa, qarşılıqlı qəbuledilən həll yollarından ötrü qeyri-siyasi axtarışa başlamağa çağırırıq”, – Zakharova deyib.

ABŞ rəsmilərinin sözlərinə görə, “Rusiya Açıq Səmalar Sazişi çərçivəsində öhdəliklərinə əməl etməyə başlarsa”, Birləşmiş Ştatlar məhdudiyyətlərə yenidən baxa bilər.

XS
SM
MD
LG