Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

İttiham: “ABŞ Suriyada keçmiş İŞİD yaraqlılarına təlim keçir”


Azad Suriya Ordusunun generalı Hasam Al Feisi
Azad Suriya Ordusunun generalı Hasam Al Feisi

Rusiyanın baş qərargah rəisi Birləşmiş Ştatları Suriyada sabitsizlik yaratmaqdan ötrü keçmiş İslam Dövləti (İŞİD) yaraqlılarına təlim keçməkdə ittiham edir.

General Valery Gerasimov bu iddiaları bir qəzetə müsahibəsində səsləndirib və təlimlərin Suriyanın İraqla sərhədində yerləşən Tanf hərbi bazasında keçildiyini iddia edib.

Rusiya deyir ki, ABŞ-ın bu bazası qanunsuzdur, burası və ətrafı yaraqlıların əngəlsiz fəaliyyət göstərdiyi “qara dəliyə” çevrilib.

İŞİD bu il Suriya və İraqda tutduğu ərazilərin, demək olar, hamısına nəzarəti itirib. Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu gün – dekabrın 27-də deyib ki, Suriyada İŞİD-lə müharibənin əsas hissəsi başa çatıb. Xəbəri RIA dövlət xəbər agentliyi yayıb.

*** Buna da bax: Suriyanın üsyançı qrupları Rusiyanın sülh danışıqlarını rədd edirlər

“DOĞRUDAN DA TƏLİM KEÇİRLƏR”

Birləşmiş Ştatlarsa Tanf-ın müvəqqəti baza olduğunu, burada İŞİD-lə savaşan tərəfdaş qüvvələrə təlim keçildiyini bildirir. ABŞ Rusiyanın oxşar ittihamlarını indiyədək təkzib edib, Vaşinqtonun İŞİD yaraqlılarını məhv etmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

Amma Gerasimov dekabrın 27-də “Komsomolskaya Pravda” qəzetinə deyib ki, Birləşmiş Ştatlar vaxtilə İŞİD üzvü olan, indisə özünü Azad Suriya Ordusu və başqa cür adlandıran döyüşçülərə təlim keçir.

Onun sözlərinə görə, Rusiya peykləri və dronları ABŞ bazasında yaraqlıların briqadasını müəyyənləşdirib.

*** Buna da bax: Rusiya Suriyada daimi bazalar yaradır

“Onlar orada doğrudan da təlim keçirlər”, – deyən Gerasimov Şadadidə də xeyli sayda yaraqlı və İŞİD döyüşçülərinin olduğunu, orada da ABŞ bazasının yerləşdiyini sözlərinə əlavə edib.

Onlar praktik olaraq, İslam Dövləti yaraqlılarıdır. Onlarla işləyəndən sonra yerlərini dəyişirlər və başqa ad götürürlər. Onların vəzifəsi ölkədə sabitsizlik yaratmaqdır”, – Gerasimov söyləyib.

Rusiya Suriyadakı qüvvələrini qismən çıxarıb. Amma Gerasimov bildirib ki, Moskva bu ölkədə hava bazası və donanma obyekti saxlayır, yəni sabitsizlik yaranacağı halda, öhdəsindən gəlməyə hazırdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG