Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 06:22

100 min şəxsin banklarla mübahisəsi var


«Statistik məlumatlara əsasən, 2000 dollar məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 100 min nəfərdən artıqdır».

APA-nın xəbərinə görə, bunu Bank Ombudsmanının məsul katibi Elçin Həsənov bildirib.

«Bank Ombudsmanı İkram Kərimov hər zaman qeyd edib ki, iddia məbləğinin 2000 dollar müəyyən edilməsində əsas məqsəd aztəminatlı ailələrin öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı qarşılaşdıqları problemlərin aradan qaldırmaq istəyi ilə bağlıdır. Məbləğ artırıldığı təqdirdə bu rəqəmin sayı daha da yüksələcək. Ona görə, ilkin mərhələdə götürülən məbləğ daha realdır. Gələcək görülən işlərin nəticəsindən və eləcə də qazanılan təcrübələrdən asılı olaraq, bu məbləğin daha da artırılması nəzərdə tutula bilər», - deyə o bildirib.

Xatırlatma

Bank ombudsmanının yaradılması ilə bağlı qərar bu il aprelin 14-ü Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclasında qəbul olunub. Yeni qurum sentyabrdan fəaliyyətə başlayıb.

Bank ombudsmanı yalnız 2000 dollara kimi maliyyə mübahisələrinə baxır.

Azərbaycanda vaxtı keçmiş kreditlərin 1.8 milyard manatdan çox olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG