Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 04:43

İncəsənət əsərlərinin gömrük rüsumu artırılır


Dövlət Gömrük Komitəsi

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən incəsənət əsərlərinə, kolleksiya əşyalarına və əntiq əşyalara tətbiq edilən gömrük rüsumlarının dəyişəcəyi bildirilir.

APA-nın xəbərinə görə, bu nazirlər kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Xəbərdə bildirilir ki, hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə rüsumlar fərqlidir.

Buna da bax: Alkoqollu içkilərə aksiz iki dəfə artırılır

İncəsənət əsərləri - şəkillər, rəsmlər, pastellər, qravüralar və litoqrafiyaların orijinallarının idxal gömrük rüsumu 0,50 faizdir. Bura heykəllər, poçt markaları və ya dövlət rüsumu markaları da daxildir. Gələn il yanvarın 1-dən bu idxal rüsumunun 10 dəfə artırılacağı bildirilir.

Ancaq yaşı 100 ildən yuxarı olan əntiq əşyalarına tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumunun isə ləğv ediləcəyi qeyd edilir.

Xatırlatma

Gələn il ölkəyə gətirilən bir sıra mal və məhsulların gömrük dərəcələri dəyişdirilir. Siqaretlərin, spirtli içkilərin gömrük dərəcələrinin təqribən 2 dəfə artırılması nəzərdə tutulur. Bəzi mühərrik benzini isə bu hətta 200 dəfə təşkil edəcək. Ancaq bəzi mal və məhsulların isə gömrük vergilərinin azaldılması nəzərdə tutulur. Bura isə qəzet kağızları və bir sıra materiallar daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG