Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:42

Separatçılıq və etnik nifrəti qızışdırmaqda təqsirli bilinmiş tatar fəal Rusiyanın şimalında yerləşən həbsxanada üçillik cəza çəkəndən sonra azad edilib.

Tatar İctimai Mərkəzinin sədri Rafis Kashapov bu işi siyasi motivli adlandırırdı. O, Komi regionunun Uxta şəhərindəki həbsxanadan azadlığa buraxılıb.

Kashapov 2014-cü ilin dekabrında saxlanıb və 2015-ci ilin sentyabrında üç illik həbs cəzasına məhkum edilib.

Həbsindən öncə Rusiyanın Ukraynanın Krım yarımadasını tutmasını tənqid etdiyi məqalələr yazıb. O, Rusiyanın Ukraynanın şərqindəki münaqişədəki rolunu da tənqid edirdi.

Kashapov ittihamları rədd edib, həbsini siyasi motivli sayıb.

Onun Tatar İctimai Mərkəzi Tatarıstanda fəaliyyət göstərən QHT-dir, tatarların milli mənsubiyyəti, dili və mədəniyyətinin qorunması uğrunda kampaniya aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG