Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 21:33

Navalny-nin boykot çağırışı araşdırıla bilər


Alexei Navalny

Kreml müxalifət lideri Aleksei Navalny-nin prezident seçkisinə buraxılmaması qərarıyla bağlı tənqidləri rədd edib. Beynəlxalq qurumlar müxalifətçinin namizədliyinin qeydə alınmamasının Rusiyada prezident seçkisinin legitimliyinə kölgə saldığını deyirlər.

Avropa Birliyinin təmsilçisi dekabrın 25-də deyib ki, Rusiya Mərkəzi Seçki Komissiyasının qərarı “Rusiyada siyasi plüralizmə dair ciddi şübhə yaradır”.

QANUNVERİCİLİK NƏ DEYİR

Kremlin sözçüsü Dmitry Peskov dekabrın 26-da bu fikri rədd edib.

“Bu mövqeylə razılaşa bilmərik. Gələcək namizədlərdən birinin seçkiyə qatılmamasının səsvermənin legitimliyinə heç bir təsiri yoxdur”, – Peskov deyib.

*** Buna da bax: Sobchak seçkinin boykotunu dəstəkləmir

Sözçü onu da vurğulayıb ki, Navalny-nin mart seçkisini boykot etmək çağırışının “qanunu pozub-pozmaması diqqətlə araşdırılmalıdır”.

“The Associated Press” agentliyi yazır ki, Rusiya qanunvericiliyi seçkini boykot etməyi yasaqlamır, amma hakimiyyət ötən il boykota çağırmış bir neçə sayta girişi əngəlləmişdi.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Maja Kocinjancic Navalny-nin nə vaxtsa mənimsəmə ittihamıyla məhkum edilməsindən dolayı seçkiyə buraxılmamasını ədalətsiz və yanlış adlandırıb.

Navalny bir neçə dəfə ittihamların siyasi motivli olduğunu bildirib.

NAVALNY SEÇİCİ TƏTİLİ ELAN EDİB

Kocijancic-in sözlərinə görə, AB Rusiyanın ATƏT-in demokratik Təsisatlar və İnsan Haqları Bürosundan seçki müşahidəçilərini dəvət edəcəyini gözləyir.

“Avropa Birliyi seçki prosesini onların müşahidələrinə əsasən dəyərləndirəcək”, – Kocijancic deyib.

Navalny dekabrın 25-də seçki komissiyasının qərarından sonra yaydığı video-müraciətdə tərəfdarlarını seçkini boykot etməyə çağırıb.

“Seçici tətili elan edirik. Hamını bu seçkiləri boykot etməyə çağıracağıq. Nəticəni tanımayacağıq”, – Navalny deyib.

*** Buna da bax: Navalnı prezident seçkisinə buraxılmadı

Navalny jurnalistlərə deyib ki, komissiyanın qərarından Rusiya Konstitusiya Məhkəməsinə şikayət edəcək, ancaq qərarın ləğvinə nail olacağına da bir elə inanmır.

Dekabrın 26-da axşam Rusiyanın Daxili İşlər Nazirliyi nəşriyyatlara göstəriş verib ki, seçki kampaniyası zamanı hökuməti gözdən salan, yaxud qanunsuz aksiyalar çağıran vərəqələr çap etməsinlər. Navalny Twitter-də buna “Seçkilər başladı” reaksiyasını verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG