Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:32

Navalnı prezident seçkisinə buraxılmadı


Aleksey Navalnı MSK-da çıxış edib
Aleksey Navalnı MSK-da çıxış edib

Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası 12 səslə siyasətçi Aleksey Navalnının Rusiya prezidentliyinə namizədliyinin qeydiyyatından imtina edib. MSK-nın bu məsələyə baxan iclası televiziya ilə birbaşa translyasiya edilirdi.

MSK üzvü Boris Ebzeyev iclasda deyib ki, Aleksey Anatolyeviçin üstündə olan məhkumluq ağır cinayətlər kateqoriyasına aiddir və onun bu məhkumluğu üstündə qalır, ləğv edilməyib və ona xitam verilməyib”.

MSK-nın sədri Emma Pamfilova isə bildirib ki, “Aleksey Anatolyeviçin sənədlərinə heç bir irad tutulmayıb və bu sənədlər tamamilə düzgün tərtib olunmuşdu”.

Navalnı öz çıxışında deyib: “Mən Mərkəzi Seçki Komissiyasını sevmirəm, ehtimal edirəm ki, siz də məni sevmirsiniz”.

O bildirib ki, “MSK-nın bütün işini təkbaşına görəcək və bu seçkiyə böyük diqqət yaradacaq”. Bununla da müxalifətçi səsvermənin saxtalaşdırılması əleyhinə 2011-2012-ci illərdə keçirilmiş mitinqləri yada salıb.

Navalnı bildirib: “Elə namizədlər var ki, səslər uğrunda heç mübarizə aparmırlar və seçkinin əvvəlcədən bəlli müəyyən nəticələri var”.

Korrupsiya ilə mübarizə fondunun təsisçisi xatırladıb ki, Avropa İnsan Haqları Məhkəməsi onun barəsində olan məhkəmə hökmünü ləğv edib.

Navalnı bunu da yada salıb ki, Rusiya Konstitusiyasında “azadlıqdan məhrumetmə müəssələrində olmayan şəxslərin seçkidə iştirakına icazə verilir”.

Navalnının tərəfdarları dekabrın 24-də ona dəstək aksiyası keçiriblər
Navalnının tərəfdarları dekabrın 24-də ona dəstək aksiyası keçiriblər

Navalnı çıxışında deyib: “Mən bura gəlmişəm ki, nəhəng sayda seçicini təmsil etdiyimi bildirim. Siz buna istehza ilə yanaşa bilərsiniz. Amma sizin qərarınız milyonlarla insanı seçkidə iştirakdan məhrum edəcək”.

Navalnı deyib ki, MSK müstəqil orqandır və onun üzvləri “ömürlərində heç olmasa bir dəfə düzgün qərar çıxara bilərdilər”. Müxalifətçi bəyan edib ki, “seçici tətilində” milyonlarla insan iştirak edəcək.

Lakin Pamfilova Navalnı ilə mübahisəsi zamanı deyib ki, MSK Rusiya məhkəmələrinin qərarlarına məhəl qoymayaraq birbaşa AİHM-in qərarını yerinə yetirə bilməzdi.

Navalnı isə bildirib ki, MSK müstəqil bir orqan kimi bütün vəziyyəti müstəqil qiymətləndirməyi bacarmalıydı.

MSK üzvü Boris Ebzeyev isə bildirib ki, Navalnının çıxışı onun irəli sürdüyü təklifin yeganə düzgün qərar olduğunu təsdiqləyib. Bununla da Ebzeyev Navalnının namizədliyinin qəbul edilməməsi barədə qərar təklifinin ondan gəldiyini deyib.

Pamfilova sonda deyib: “Kimin haqlı olduğunu zaman göstərəcək. Biz bunu sizə yox, sizi dinləyən cavan uşaqlara bildiririk”.

MSK üzvü Nikolay Leviçov xatırladıb ki, o, Moskva meri seçkisində Navalnı ilə rəqib olub, ona görə də MSK-nın bu namizədliyə dair sasverməsində iştirak etməyəcək.

Navalnı hələ MSK səsverməsindən əvvəl, ona rədd cavabı veriləcəyi təqdirdə yayınlanacaq video çəkmişdi.

Bu videodakı çıxışında müxalifətçi adamları “seçici tətilinə” çağırır.

Navalnı habelə bildirib ki, o, özünün seçki qərargahlarını ləğv etməyəcək, əksinə bu qərargahlar prezident seçkisində iştirakı monitorinq edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG