Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 01:16

'DəmirBank'da 63.5 milyon manat qorunan əmanət var


DəmirBank

2017-ci il sentyabrın 30-na Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) təqdim olunmuş hesabata görə, «DəmirBank» Açıq Səhmdar Cəmiyyətində (ASC) 66 min 286 nəfər əmanətçinin 81.5 mln manat kompensasiya olunan əmanəti olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında belə yazılır.

«Bankın lisenziyası ləğv edildikdən sonra qorunan əmanətlərin həcmi ilə bağlı orada ilkin qiymətləndirmə aparılıb. İlkin qiymətləndirmələr göstərir ki, kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birgə 55 min 213 nəfər üzrə 63.5 mln manat təşkil edir. Əmanətçilərin 52 min 732 nəfərinin əmanəti 1000 manatdan aşağıdır»,- açıqlamada vurğulanır.

Açıqlamada ilkin qiymətləndirmələrə görə, bankda kompensasiya olunmayan əmanətlər 28.3 mln manat təşkil edir.

Xatırlatma

Maliyyə Bazalarına Nəzarət Palatası bu il dekabrın 22-də «DəmirBank» ASC-nin lisenziyasını ləğv edib. Bu, bankın öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib. 2016-cı ildə isə ölkədə 11 bank bağlanıb.

Fond ümumilikdə noyabr ayının göstəricilərinə əsasən, 11 bank üzrə 747 milyon 943 min manatdan artıq kompensasiya ödəyib. Bu qorunan əmanətlərin 90 faizindən çoxdur. Qorunmayan əmanətlər isə qaytarılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG